16 mart 2022 18:05
705

Azərbaycanda kimya istehsalının dəyəri kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 412,9 mln. manatlıq məhsul istehsal edilib, bu da illik müqayisədə 95,1% çoxdur.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesi məhsullarının istehsalında 48,3%, əczaçılıq məhsullarının istehsalında 42,6%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 23,2% artıb.

Məlumata görə, hesabat dövründə rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 71,3%, əsas kimya məhsullarından propilen istehsalı isə 12,2% artıb.