Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının Göytəpə şəhər və 44 saylı Cəlilabad Peşə Liseyi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Tədbirlər başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub. İclaslarda təşkilati məsələlərə də baxılmış və iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.
Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi partiyanın yeni Proqramı barədə ətraflı məlumat verib, yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb. O, YAP üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
Cavid Əkbərov, “İki sahil”