16 mart 2022 20:45
770

Könüllü fəaliyyətini başa vuran gənclərə sertifikatlar təqdim edilib - İqtisadiyyat Nazirliyi

İqtisadiyyat Nazirliyində gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, əmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən könüllü fəaliyyəti başa çatıb.

Nazirliyin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, üç aylıq könüllü fəaliyyəti dövründə bir qrup gənc İqtisadiyyat Nazirliyinin struktur bölmələrində müxtəlif tapşırıqları icra edib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, iş təcrübəsi qazanıblar. Nazirlikdə könüllü fəaliyyətini başa vurmuş gənclərə sertifikatlar təqdim olunub.