17 mart 2022 12:07
916

Azərbaycan ötən il qiymətli kağızların xarici sahiblərinə 300 milyon dollar ödəyib

2021-ci ildə Azərbaycan qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə 0,3 mlrd. ABŞ dolları həcmində faiz ödənişi həyata keçirib.

"İki sahil"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci illə müqayisədə demək olar ki, dəyişməz olaraq qalıb.

Qeyd edək ki, ölkənin ötən il həyata keçirdiyi qeyri-rezidentlərə ödənişlərdə qiymətli kağızlar portfeli üzrə faiz ödənişlərinin payı 9,7%-ni təşkil edib.