17 mart 2022 12:31
523

YAP Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında tədbirlər davam etdirilir - FOTO

Martın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Qaz İstismar İdarəsi, Çobankənd, Novoivanovka, Novosaratovka və Şahdağ ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Tədbirləri giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı, yeni Nizamnamə və Proqram, eləcə də struktur dəyişiklikləri, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı danışıb.

Sonra Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib.

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə, Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edilib. Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb. Sonra təşkilatı məsələlərə baxılıb, ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib. 

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək üçün onları daha fəal olmağa çağırıb.

Cavid Əkbərov, “İki sahil”