17 mart 2022 12:55
496

Rubl dollar və avroya qarşı bahalaşmaqda davam edir

Rusiyanın milli valyutası rubl ABŞ dolları və avroya nisbətdə bahalaşıb.

“İki sahil” xəbər verir ki, rubl dollara və avroya nisbətdə altıncı gündür ki, bahalaşmağa davam edir.

Bu gün səhər 10:07 vaxtı ilə dolların məzənnəsi 2,9 rubl ucuzlaşaraq 105,1 rubla, avronun məzənnəsi isə 2,35 rubl ucuzlaşaraq 115,35 rubla bərabər olub.