Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının və Laçın Rayon Təhsil Şöbəsinin əməkdaşları birlikdə Novruz bayramı münasibəti ilə şəhid ailələrini ziyarət ediblər.
Ziyarətçilər əvvəlcə şəhidlərin məzarlarını ziyarət ediblər, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın qəbirüstü abidəsi önünə gül dəstələri düzüblər.
Sonra şəhid ailələrini ziyarət olunub, onlara bayram sovqatı çatdırılıb. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Cavid Əkbərov, «İki sahil»