YAP Füzuli rayon təşkilatının Füzuli rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
“İki sahil” xəbər verir ki, təbirdən öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Füzuli rayon Mərkəzi Xəstəxana ərazi partiya təşkilatının sədri Elçin Qurbanov hesabat dövrü ərzindəki fəaliyyəti barədə hesabat verib. Ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Hesabat yığıncağında təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatına sədr və sədr müavini seçilib. Belə ki, Qurbanov Elçin Təmraz oğlu ərazi partiya təşkilatının sədri, Səfərov Sahib Nurəddin oğlu sədr müavini seçiliblər.
İclasın sonunda YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova yeni seçilən sədri və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb.