17 mart 2022 16:29
662

Füzulidə şəhid ailələrinə bayram ziyarətləri təşkil olunub FOTO

Martın 17-də Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova rayonun Bala Bəhmənli, Dilağarda və Əhmədbəyli kəndlərində Vətən uğrunda canından keçmiş şəhidlərin ailələrində olmuş, onların bayramlarını təbrik edərək, bayram sovqatları təqdim etmişlər.