Bu ilin yanvar-fevral ayında Azərbaycana 29 028,61 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub.
"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% artıb.
Cari ilin ilk ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,31%-ə bərabər olub.
Hesabat dövründə ölkədən 6 305,58 ton şəkər ixrac edib ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 35,3% azdır. İxrac edilən məhsulun dəyəri 4 137,98 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayının göstəricisindən 15,1% azdır.
Cari ilin ilk iki ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,9%-ə bərabər olub.