2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandakı banklar 107,7 mln. manat xalis mənfəət, 161,8 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
"İki sahil"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 47,3% artıb. Əməliyyat mənfəətinə gəldikdə, sözügedən göstərici illik müqayisədə 18,1% artıb.