18 mart 2022 13:41
767

Qanunsuz tikinti işlərinin qarşısı alınıb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən "İki sahil"ə verilən xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən Göygöl rayonu, Quşqara kəndi ərazisində, Gəncə-Şəmkir avtomobil yolunun sağ və sol tərəflərində yerləşən vətəndaş Hüseynov Əli Ənvər oğluna məxsus mövcud obyektlərin müvafiq icazəverici sənədləri olmadan genişləndirilməsi işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülüb.