Bu ilin martın Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 10 036,7 mln. manat təşkil edib.
"İki sahil"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 4,2%, ilin əvvəlindən 8,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 19,8% artıb.