18 mart 2022 12:40
1008

Şagirdlərin yeni geyim forması dəsti 3 tədris ili ərzində tətbiq ediləcək

Azərbaycanda şagirdlərin yeni geyim forması dəsti 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq ediləcək.

“İki sahil” xəbər verir ki,  bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Qeyd edilib ki, geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın 1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq ediləcək.