18 mart 2022 14:23
511

SHXÇDX-nin Daşkəsən rayon bölməsi şəhid ailələrinə bayram sovqatı paylayıb FOTO

Novruz bayramı münasibəti ilə SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi Mirqasım Abbasov  Vətən müharibəsində Daşkəsən rayonundan şəhid olanların ailələrini ziyarət edərək onlara bayram sovqatları paylayıb, qarşıdan gələn bayram münasibətilə təbrik edib.

Şəhid hərbi qulluqçuların valideynləri övladları ilə qürur duyduqlarını, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev - Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini