Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat yığıncağında təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatına sədr və sədr müavini seçilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov yeni seçilən sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb.
Cavid Əkbərov, «İki sahil»
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO