Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın müraciəti əsasında Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi 41 saylı Sumqayıt 1-ci seçki dairəsindən aztəminatlı ailələrlə Novruz bayramı ilə bağlı Hicran xanımın iştirakı ilə birgə görüş keçirilərək, onlara bayram sovqatları paylanılıb.
“İki sahil” xəbər verir ki, görüş iştirakçıları ailələri bu gözəl bayram münasibəti ilə təbrik edir, can sağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıblar.
Deputat Hicran Hüseynova bu xoşməramlı tədbirə görə, aztəminatlı ailələri diqqətdə saxlayıb bayram ərəfəsində olunan yardımla bağlı Qızıl Aypara Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım Məhərrəmliyə və könüllürlərə dərin minnətdarlığını bildirib.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO