Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 138 ölkəsindən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, gələnlərin 33,1%-i Rusiya Federasiyası, 24,3%-i Türkiyə, 13,1%-i İran, 5,8%-i Gürcüstan, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Ukrayna, 1,9%-i Küveyt, 1,2%-i Böyük Britaniya, 1,1%-i Qazaxıstan, hər birindən 0,9% olmaqla Hindistan və Oman, hər birindən 0,7% olmaqla Almaniya və Pakistan, 0,6%-i ABŞ, hər birindən 0,5% olmaqla Belarus və İsrail, 6,6%-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 81%-ni kişilər, 19%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 658 dəfə, Səudiyyə Ərəbistanından - 460,7 dəfə, Küveytdən - 200,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 54,2 dəfə, Bəhreyndən - 36,3 dəfə, İsraildən - 11,0 dəfə, Pakistandan - 9,7 dəfə, Hindistandan - 9,2 dəfə, ABŞ-dan - 4,3 dəfə, Fransadan - 3,5 dəfə, Qazaxıstandan - 3,1 dəfə, Rusiya Federasiyasından - 2,1 dəfə, Böyük Britaniyadan - 2 dəfə, Ukraynadan - 1,8 dəfə, İrandan -1,8 dəfə, Türkiyədən - 1,8 dəfə, Gürcüstandan - 1,2 dəfə artıb.