18 mart 2022 17:30
666

YAP Tərtər rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər - FOTO

Martın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı sədri Eldar Əsədov və bir qrup partiya fəalı Novruz bayramı ilə əlaqədar şəhid ailəsini ziyarət ediblər.

YAP üzvləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ruslan Mahir oğlu Şahbazovun valideynləri ilə görüşərək onların bayramını təbrik ediblər. Partiya fəalları şəhid ailəsinə bayram sovqatı təqdim ediblər.

Şəhidin valideyinləri ölkəmizdə bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!                 

Cavid Əkbərov, “İki sahil”