Bu gün Xaçmaz rayonunun Yalama kəndində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir etdirilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, bina 1976-cı ildən məktəb yataqxanası, 1990-cı ildən isə uşaq bağçası kimi fəaliyyət göstərib. Ötən müddətdə bina köhnəldiyindən burada əsaslı təmir işləri aparılıb.
Hazırda bağçada 3 qrup fəaliyyət göstərir. 60 yerlik məktəbəqədər təhsil müəssisəsində yataq, oyun, musiqi və həkim otaqları mövcuddur. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün şərait yaradılıb və müvafiq inventarla təchiz edilib. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO