18 mart 2022 22:22
573

YAP Cəlilabad rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının 27 saylı “Uşaq Xəstəxanası” və 30 saylı “Vərəm Dispanseri” ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilmişdir.

“İki sahil” xəbər verir ki, tədbirlər başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilmişdir. Hesabat məruzələri ətrafında  müzakirələr aparılmış və ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunmuşdur. İclaslarda təşkilati məsələlərə də baxılmış və iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilmişdir.

Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi Partiyanın yeni Proqramı barədə ətraflı məlumat vermiş, yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulamış və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırmışdır.