19 mart 2022 02:23
1149

Şəhid İbarət Əkbərov doğum günündə anılıb

YAP Cəlilabad  rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı və aparat işçiləri 18 mart 2022-ci il tarixdə rayonun Privolnoye kəndindən şəhid Əkbərov İbarət Faiq oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

“İki sahil” xəbər verir ki, sonra şəhidin ailəsi ziyarət olunaraq, onlara bayram sovqatı çatdırılmışdır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.