19 mart 2022 14:41
884

Millət vəkili yardım aksiyasına start verdi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin təşəbbüsü ilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlərə dəstək olaraq Novruz bayramı ərəfəsində Şəhid və qazi ailələri, o cümlədən həssas təbəqədən olan ailələrə Novruz sovqatlarının verilməsinə başladı.

“İki sahil” xəbər verir ki, aksiyada "İnvest AZ" Şirkətlər Qrupu,  "Sirab" ASC və "İstanbul təmizlik və kosmetik" MMC yaxından iştirak ediblər.

“Bu, xeyirxah layihədə bizimlə birlikdə olaraq öz töhfəsini verən şirkətlərə dərin təşəkkürümüzü bildiririk”.