Böyük Britaniya Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına hərtərəfli dəstək göstərir.
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
Onun sözlərinə görə, Böyük Britaniya parnik qazları tullantılarının azaldılması səylərinin davam etdirilməsi ilə bağlı Azərbaycan hökuməti, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə daim danışıqlar aparır.
"Biz, həmçinin ümid edirik ki, bp, Energetika və İqtisadiyyat nazirliklərinin azad edilmiş ərazilərdə günəş elektrik stansiyasının tikintisi üzrə birgə layihəsi tezliklə reallaşdırılacaq", - deyə səfir bildirib.