Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 min 974 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 801, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 min 864, “buster” doza ilə peyvənd olunanların sayı 13 min 498, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 811 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 355min 516, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 318 min 721, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 812 min 983 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 253, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 min 559 nəfərdir.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO