20 mart 2022 14:49
628

Millət vəkili və icra başçısı Goranboyda şəhid ailələrini ziyarət ediblər FOTO

Millət vəkili Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy rayonunda şəhid ailələri ilə birgə Novruz bayramını qeyd ediblər. 

“İki sahil” xəbər verir ki,  Novruz Bayramı münasibətilə şəhid ailələrini təbrik edən millət vəkili və icra başçısı bu bayramın Azərbaycan xalqının ən əziz bayramı olduğunu bildirib, şəhidlərimizi, onların ailə üzvlərini hər zaman diqqət mərkəzində saxlamağın və şəhid adını uca tutmağın hər bir kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıblar. 

Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.