Meksikanın mərkəzindəki San-Luis-Potosi ştatında avtobusun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, azı 18 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Milenio" qəzeti öz saytında məlumat yayıb.
Məlumata görə, avtobus Serritos regionundakı federal magistral yolda aşıb.
Yaralılardan azı 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Xilasedicilər və həkimlər yaralıları region paytaxtının tibb müəssisələrinə çatdırıb, onlara lazımi yardım göstərilir.
İlkin məlumata görə, qəzaya avtobusun idarəetmədən çıxması səbəb olub. Aidiyyəti qurumların rəsmiləri hadisənin başvermə şəraitini aydınlaşdırmağa başlayıb.
BMT-nin Dəniz Təşkilatı Hormuz boğazında hücuma məruz qalan gəmilərin sayını açıqlayıb
Çin Ordusunun keçmiş Qərargah rəisi Mərkəzi Hərbi Şuranın tərkibindən çıxarılıb