21 mart 2022 22:32
1032

Neftin qiyməti 114 dolları keçdi

Dünya bazarında Brent markalı neftin qiyməti 114 dollara çatıb.

“İki sahil” xəbər verir ki,  Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin may ayında çatdırılması üçün fyuçers müqaviləsinin dəyəri 6%-ə qədər artıb və bir barel üçün 114,42 dollara çatıb.

Ticarət platformasında WTI markalı neftin qiyməti 5,66% artaraq 1 barelə görə 108,78 dollar olub.