21 mart 2022 23:55
977

"Fitch" qlobal ÜDM artımı proqnozunu azaldıb

"Fitch Ratings" reytinq agentliyi 2022-ci ildə qlobal ÜDM-nin artımı ilə bağlı proqnozunu 0,7 faiz bəndi azaldaraq 3,5 faizə qədər endirib.

“İki sahil” xəbər verir ki,  bu barədə agentliyin saytında dərc edilən açıqlamada deyilir.

Bildirilir ki, iqtisadi artımın ləngiməsi inflyasiya və Ukraynadakı vəziyyətlə bağlıdır.

"Fitch" 2022-ci il üçün qlobal ÜDM artımı proqnozunu 0,7 faiz bəndi azaldaraq 3,5 faizə endirib; avrozonada - 1,5 faiz bəndi, 3,0 faizə qədər; və ABŞ-da - 0,2 faiz bəndi 3,5 faizə qədər", - deyə açıqlamada bildirilir.

Agentliyin analitikləri qeyd edirlər ki, "inflyasiya problemləri gücləndikcə qlobal ÜDM-nin artım perspektivləri əhəmiyyətli dərəcədə pisləşib", Ukraynada baş verən hadisələr isə "qlobal enerji təchizatını təhdid edir".