22 mart 2022 09:39
711

Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alındı

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, Ujqorodda hərbi əks-kəşfiyyat əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidməti agentinin rəhbərlik etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.

Qeyd olunub ki, sözügedən qrup Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribatlar törətməyi planlaşdırıb.

Bunun üçün 25 nəfərlik dəstənin silahlarla və maşınlarla təzhic olduğunu da bildirilib.