24 mart 2022 00:11
580

“The Insider”in müxbiri Kiyevdə həlak olub

“The Insider”in müxbiri Oksana Baulina Kiyevdə peşə fəaliyyətini yerinə yetirərkən həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə nəşrin özü məlumat yayıb.

Qeyd edilib ki, xanım jurnalist paytaxtın Podolski rayonunun atəşə tutulmasından sonra dağıntıları lentə alan zaman yeni raket atəşinə məruz qalıb: “Onunla birlikdə daha bir mülki şəxs həlak olub, onu müşayiət edən iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib”.

“The Insider”ə qoşulmazdan əvvəl Baulina Vot Tak media layihəsində və Korrupsiyaya Qarşı Mübarizə Fondunda işləyib. Təşkilat ekstremist təşkilatlar siyahısına daxil edildikdən sonra xanım jurnalist Rusiyanı tərk etmək məcburiyyətində qalıb.