24 mart 2022 12:16
586

Azərbaycan neftinin qiyməti 125 dollara çatıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 125,57 dollar/barrel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,26 dollar/barrel çoxdur.

Bu barədə "İki sahil"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 124,5 dollar/barrel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,41 dollar/barrel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,4 dollar/barrel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,4 dollar/barrel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 126,5 dollar/barrel olub ki, bu da əvvəlki göstəricidən 6,17 dollar/barrel çoxdur.