2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 39,58 mlrd. manat, sayı isə 12,1 mln. ədəd təşkil edib.
"İki sahil"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 29,2% artıb.
Yanvar-fevralda Milli Ödəniş Sisteminin əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə 33,97 mlrd. manat həcmində 162 min əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 29,7% çoxdur.
Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə bu ilin yanvar-fevral aylarında 5,61 mlrd. manat həcmində 11,94 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 26,1% çoxdur.
Qeyd edək ki, ötən il Milli Ödəniş Sistemi vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 217,662 mlrd. manat, sayı isə 70,75 mln. təşkil edib ki, bu da illik müqayisədə 2,6% azdır.
AZİPS üzrə 183,76 mlrd. manat həcmində 1,11 mln əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 6% azdır. XÖHKS üzrə isə ötən il 33,91 mlrd. manat həcmində 69,64 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 21,8% çoxdur.