25 mart 2022 00:49
973

Niderland kralı bu qəsri ukraynalılara verəcək - FOTO

Niderland kralı Villem Aleksandr Ukraynadan gələn qaçqınlara yardım etmək qərarına gəlib.

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, Villem Amsterdam yaxınlığındakı 15-ci əsrin əvvəlində inşa edilən qəsrlərdən birini ukraynalılara verəcək. 

Amsterdamın şərqində kral ailəsinin qonaqlar üçün nəzərdə tutulan evdə 30 nəfər məskunlaşa biləcək.

Qeyd edək ki, fevralın 24-dən etibarən Rusiya ilə Ukrayna arasındakı müharibə nəticəsində Niderland 50 minə yaxın ukraynalı köçkünü qəbul edib.