25 mart 2022 01:39
646

"Deutsche Telekom" Rusiya layihələrinə investisiyaları dayandırıb

Almaniyanın telekommunikasiya şirkəti "Deutsche Telekom" Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya layihələrinə investisiyaları dayandırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Deutsche Telekom"un "Twitter səhifəsində deyilir.

"Cümə axşamı illik mətbuat konfransımızda elan edildiyi kimi, biz Rusiya bazarına investisiyaları dayandırırıq", - deyə açıqlamada bildirilib.