26 mart 2022 03:15
637

Çavuşoğlu Qətərə gedib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohaya səfər edib.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyə XİN-in başçısı öz tviter hesabındakı paylaşımında bildirib.

“Antalya Diplomatiya Forumu ilə Doha Forumu arasındakı əməkdaşlığı və təmasları gücləndirmək üçün Qətərdəyik”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.