28 mart 2022 12:37
648

BƏƏ: Rusiya "OPEC+"da əvəzedilməzdir

"Əgər siyasi məsələləri bir kənara qoysaq, Rusiya "OPEC+" razılaşmasının əsas iştirakçılarındandır və onun cari qlobal enerji mübarizəsində verdiyi neft töhfəsi əvəzedilməzdir".

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazrui bildirib.

Hər bir ölkənin neft hasilatında təbii azalma ilə üzləşdiyini nəzərə alan əl-Mazrui qeyd edib ki, "OPEC+" ölkələri əməkdaşlığı davam etdirəcək və siyasi məsələlərin onların birgə fəaliyyətinə təsir göstərməsinə imkan verməyəcək.