04 aprel 2022 03:03
855

Ukraynalı müdafiəçilər Çerniqov vilayətində daha üç kəndini azad ediblər

Ukraynalı müdafiəçilər Çerniqov vilayətinin daha üç kəndini - Kolıçivka, Yahidne və İvanivkanı Rusiya qüvvələrindən azad ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Şimal Əməliyyat Komandanlığı feysbukda yazıb.

“Çerniqov vilayətinin bu yaşayış məntəqələri uzun müddət müharibənin dəhşətlərini xatırlayacaq. Ukrayna hərbçiləri tərəfindən parçalanaraq yandırılan Rusiyanın metal qırıntıları yığını Çerniqovdan Kozeletsə gedən yolu “bəzəyir”. Putinin (Rusiya Prezidenti Vladimir Putin – red.) qatilləri Ukrayna torpaqlarında ya ölüb, ya da yazıq şəkildə qaçıblar. İndi yaşayış məntəqələri irqçi işğaldan azad edilib”, - məlumatda qeyd edilib.