06 aprel 2022 15:00
1681

Yaponiyanın kosmetik brendləri Azərbaycanda - FOTO

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri ilə Yaponiya sahibkarları arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin açılışında çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək ölkəmizin sosial və iqtisadi həyatında qadınların rolunun artmasını müsbət qiymətləndirib. S.Babayeva qeyd edib ki, bu gün ölkəmizdə müasir qadın hərəkatı formalaşıb. Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə təsir edir.Azərbaycanda qadın sahibkalığının inkişafı üçün hər cür şərait yaradılıb: əlverişli hüquqi baza mövcuddur, dövlət tərəfindən sahibkarlıqla məşğul olanlara diqqətlə yanaşılır, onların iqtisadi potensiallarının artırılması istiqamətində mühüm işlər həyata keçirlir.

Səkinə Babayeva Yaponiyadan gələn iş xanımları ilə bağlı qısa məlumat verərək vurğulayıb ki, yapon sahibkarların Azərbaycana səfərinin məqsədi öz brendlərinin ölkəmizdə və Azərbaycan üzərindən başqa türk, İslam ölkələrinə təqdim etmək və satışını təmin etməkdir: “Azərbaycanda araşdırma aparıb, investisiya mühitini öyrənmək məqsədilə TET Beynəlxalq Əməkdaşlıq şirkətinin vasitəsilə hazırda Azərbaycandadırlar. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığa töhfə vermək üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlıqda maraqlıdırlar”.

Tədbirdə cıxış edən TET Beynəlxalq Əməkdaşlıq şirkətinin təsisçisi Tara Savada çıxış edərək bildirib ki, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulmasından bəri, Yaponiya-Azərbaycan münasibətləri siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olmuşdur. 2022-ci ildə isə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü tamam olacaqdır.

iki ölkə arasında Yaponiya Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsində bir iş adamı kimi, beynəlxalq şirkətin sahibi kimi cox maraqlıyam. Və bu istiqamətdə tədbirlər həyata kecirilməsində köməyimi əsirgəmirəm.

Daha sonra tədbirin xüsusi qonaqları, Azərbaycana səfər etmiş Yaponiyanın "Organic Halal VKSARA" kosmetik brendinin sahibləri Yumiko Nakano və Riqia Nakano çıxış ediblər. Yumiko Nakano bildirib ki, bu qədər xanımın bura toplanması həqiqətən də çox təqdirəlayiqdir və Azərbaycan xanımları çox gözəldirlər: “İlk dəfədir ki, Azərbaycana gəlirəm. Ölkənizin xanımlarının geyim tərzi, baxım məhsullarından istifadə mədəniyyəti məni valeh etdi. Azərbaycana ilk dəfə gəldiyim üçün bilmədiyim çox şey var. Bundan sonra mən onları sizlərdən öyrənəcəyəm. Düşünürəm ki, Azərbaycana yenə gələcəyəm. Hazırda biz öz brendimizi Azərbaycan xanımlarına tanıtmaq istəyirik”.

Riqia Nakano təqdim etdikləri brend məhsulu haqqında geniş məlumat verib. Bildirib ki, Yapon qadın sahibkarlarının ölkəyə səfərinin məqsədi, istehsal etdikləri məhsullarını həm Azərbaycanda, həm də Azərbaycan üzərindən digər ölkələrdə satışını təmin etməkdir.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.