28 avqust 2026 08:34
79

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

5. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.