07 aprel 2022 21:06
835

Neftçalanın icra başçısı  vətəndaşların problemlərini yerində həll edib FOTO

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov vətəndaşlar tərəfindən edilən müraciətlərin vaxtında həlli üçün Xol Qaraqaşlı kəndində olub.

“İki sahil” xəbər verir ki, vətəndaşların çoxsaylı müraciətlərinə əsasən Akkuşa çayında suyun limitinin artırılması, suyun ədalətli şəkildə və növbəlilik qrafikinə uyğun olaraq verilməsi ilə əlaqədar olaraq sakinlərlə görüş keçirilib.

Görüş zamanı vətəndaşlar tərəfindən ediləm müraciətlərə əsasən Neftçala Suvarma Sistemlərinə aid Xol Qarabucaq və Xoltəzəkənd nasos stansiyaların su ötürmə gücünə və həmin kəndlər üzrə əkin sahələrinə baxış keçirilib. Vətəndaşlara arpa, buğda, yonca və arat suvarma suyunun növbəlilik qrafikinə və suvarma normalarına uyğun olaraq aparmaqları tövsiyə olunub.

Qeyd edək ki, vətəndaşlar tərəfindən olunan müraciətlər Rayon İcra Hakimiyyəti başçısının dünən keçirdiyi səyyar görüş zamanı qeydə alınıb.