Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən ölkəmizə gələn “Volvo” markalı nəqliyyat vasitəsi “Şirvanlı” gömrük postunun idxal gömrük nəzarəti zonasında saxlanılıb.
"İki sahil" xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilir ki, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı dərman vasitələri - 9 600 ədəd həb və 1 020 ampul aşkar edilib.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib