YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bir qrup partiya fəalı ilə birlikdə 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış İsmayıllı rayonunun Maçaxi kəndindən olan şəhid Mikayıl Vahabzadənin anım günü münasibətilə şəhidin məzarını ziyarət edib, məzarüstü abidənin önünə tər çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
“İki sahil” xəbər verir ki, tədbir zamanı YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək Mikayıl Vahabzadənin cəsur döyüşçü olduğunu, aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəldiyini qeyd etmişdir.
O bildirmişdir ki, məhz həmin döyüşlərdə əldə edilmiş qələbə Silahlı Qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradaraq 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizin əsasını qoymuşdur.
Şəhidin ailə üzvləri İsmayıllı rayon İcra Hakimiyyətinə, YAP İsmayıllı rayon təşkilatına onların qayğıları ilə yaxından maraqlandıqları üçün minnətdarlıq ifadə edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib