09 aprel 2022 18:50
937

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 8 min 976 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 741, “buster” doza ilə peyvənd olunanların sayı 7 min 201, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 481 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 540 min 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 330 min 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 832 min 203 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 145 min 148, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 233 213 nəfərdir.