Hacıqabul rayonunun Ələtli kəndində Vətən müharibəsi şəhidi Quliyev Turab Əlisafa oğlunun doğum günündə xatirəsi anılıb.
Vətən müharibəsi şəhidi Quliyev Turab Əlisafa oğlunun xatirəsinə inşa olunmuş bulaq-kompleksinin açılış mərasimi keçirildi.
“İki sahil” xəbər verir ki, mərasimdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov və partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və qohumları iştirak edirdilər. Şəhidin xatirəsinə hazırlanmış xüsusi hədiyyə atasına təqdim olundu. Tədbir iştirakçıları şəhidin ruhuna dualar oxudular və ailəsinin qayğıları ilə maraqlandılar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib