Piyadalar arasında intizamın möhkəmləndirilməsi, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində reyd təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "İki sahil"ə verilən məlumata görə, hərəkətin intensiv olduğu küçələrdə keçirilən reyd zamanı ərazidə yeraltı və yerüstü keçidlərin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb.
Bu kimi halların özləri ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaratdığı onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib