10 aprel 2022 16:50
739

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 4 min 453 test nəticəsində məlum olub ki, 21 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 792 min 237-yə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində ölüm faktı qeydə alınmayıb.

Daha 39 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 782 332-yə yüksəlib.