Azərbaycanda son sutkada koronavirus (COVID-19) 8 min 312 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 556, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 664, “buster” doza ilə peyvənd olunanların sayı 6 min 559, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 523 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 549 min 307, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 330 min 997, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 832 min 867 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 151 min 707, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 233 min 736 nəfərdir.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib