“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” layihəsinin icra planına uyğun olaraq 07. 04. 2022 -09.04.2022- ci il tarixlərində Xaçmaz rayonunda İnsan alveri ilə mübarizə sahəsində insanların məlumatlılığını öyrənmək məqsədilə sorğu keçirib.
İctimai Birlikdən “İki sahil”ə daxil olan məlumata görə, təşkilat eyni zamanda sorğunun həyata keçirilməsində xüsusi fəallıq göstərən Xaçmaz rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri ilə birlikdə potensial qurbanların rayon ərazisində ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında İnsan alveri ilə mübarizəyə dair dövlət qurumları və QHT-lər tərəfindən çap olunmuş faydalı nəşrləri və təşkilat tərəfindən hazırlanmış 2022-cil il istehsalat təqvimlərinin paylanılmasını həyata keçirib.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib