16 aprel 2022 14:50
807

Mədəniyyət elm, sənət, əxlaq deməkdir

YAP Şuşa rayonu üzrə 37 nömrəli ərazi partiya təşkilatı və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mədəniyyət evi, Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evi ilə birgə "Mədəniyyət elm, sənət əxlaq deməkdir", adlı tədbir keçirilib.

“İki sahil”in məlumatına görə, tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq Şuşa şəhərində tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.

Daha sonra Bədii hissədə Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən - "Şuşanın dağları" instrumental ansambılının müşayəti ilə ifalar və rəqs çıxışları olub.

İşlərinin öhtəsindən layiqincə gələn Mədəniyyət işçilərinin peşə bayramını təbrik edilib, işlərində uğurlar arzulanıb!